Belarus çempionatında 2020 mövsümünə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, çempion son-30-cu turun oyunlarında sonra müəyyənləşib.
Son turda Soliqorsk “Şaxtyor”u doğma meydanda “Minsk”ə qalib gəlib - 4:2. Bu qələbə ilə Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 59 xalla ölkə çempionu olub. BATE 58 xalla ikinci, 56 xala malik “Torpedo - BerlJodino” üçüncü olub.
Qeyd edək ki, “Şaxtyor” tarixində ikinci dəfə Belarus çempionu olub. Komanda ilk dəfə 2005-ci ildə qızıl medallara yiyələnib.
Xatırladaq ki, Qriqorçuk 2015-2018-ci illər aralığında “Qəbələ”ni çalışdırıb.