"Everton" ciddi itki ilə üzləşib. Komandanın müdafiəçisi Luka Din əməliyyat olunacaq.
Newsport.az-ın məlumatına görə, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Son məşqlərin birində zədlənən oyunçunun bərpa müddəti bilinmir.
Premyer Liqada 9 tura 16 xal toplayan Liverpul təmsilçisi 6-cı pillədə qərarlaşıb. Din bu oyunların 8-də meydanda olub.