Salah koronavirusdan sağaldı

"Liverpul"un futbolçusu Məhəmməd Salah koronavirusdan sağalıb.

Newsport.az məlumatına görə, onun son koronavirus testi mənfi çıxıb. Klubun baş məşqçisi Yurgen Klopp misirli hücumçunun komanda ilə məşqlərə qayıtdığını bildirib.

Beləliklə, Salah baş məşqçi şans verəcəyi təqdirdə, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Atalanta"ya qarşı oynaya biləcək.

Qeyd edək ki, "Liverpul" - "Atalanta" görüşü noyabrın 25-i keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right