"Qarabağ"ın rəqibindən növbəti qələbə

İsrail çempionatında 7-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində  “Makkabi” (Təl-Əviv) bu turda səfərdə “Hapoel”lə (Hadera)qarşılaşıb. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Ardıcıl ikinci qələbəsini qazanan “Makkabi” bu nəticədən sonra 9 xalla 14 komanda arasında 7-ci pillədə qərarlaşıb.
 
Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə “Makkabi”yə və 0:1 hesabı ilə uduzub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right