Məhəmməd Salah "Liverpul"un avrokuboklarda ən məhsuldar futbolçusu olmağa çox yaxındı.
Newsport.az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Atalanta" ilə görüşdə (5:0) fərqlənən misirli ulduz "qırmızılar"ın heyətində beynəlxalq qollarının sayını 21-əə yüksəldib. Bununla da o, Mersisayd klubunun əfsanəsi Stiven Cerrarda çatıb.
Salah daha bir qol vursa, "Liverpul"un qitəmiqyaslı yarışlarda ən məhsuldar futbolçusu olacaq.