UEFA növbəti dəfə "Qarabağ"ın hesabına vəsait köçürüb.
Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində iştirakına görə (UEFA-nın əmsallar reytinqinə əsasən) Ağdam klubu 2 milyon 750 min avro, 10 il ərzində göstərdiyi nəticələrə görə isə 1 milyon 214 min 310 avro gəlir əldə edib. Vəsait AFFA-nın vasitəçiliyi ilə "Qarabağ"a ödənilib.
"Qarabağ" hazırda Avropa Liqasının qrupunda mübarizəni davam etdirir.