Rıza Çalımbay: "Qarabağ"la oyunda 3 xal qazanmaq istəyirik"

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la qarşılaşacaq "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu ilə görüşdə 3 xal qazanmaq istədiklərini söyləyib:

"Həm "Vilyarreal", həm də "Makkabi" ilə oyun bizim üçün çox şanssız oldu. Son matçda ilk qolu biz vurduq və qırmızı vərəqəyə qədər nəzarət bizdə idi. Hakim sanki azlıqda oynamağımız üçün çalışırdı.

Zədəli futbolcularımız olduğu üçün oyunu dəyişməyə çətinlik çəkirik. Amma önümüzə baxmalıyıq. Qarşıda hələ oyunlar var. "Makkabi"ni İsraildə məğlub edəcəyimizi düşünürəm. "Qarabağ"a qalib gələrək üç xal qazanmaq istəyirik”.

Noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right