Xorvatiya millisinin futbolçusu Ante Çoriçlə müqavilə bağladı

"Roma" Xorvatiya milli komandasının və Zaqreb "Dinamo"sunun futbolçusu Ante Çoriçlə müqavilə bağlayıb.

 

Newsport.az-ın məlumatına görə, bu barədə "sarı-qırmızılar"ın idman direktoru Ramon Monçi açıqlama verib.

 

O, 21 yaşlı yarımmüdafiəçi ilə 5 il müddətinə anlaşdıqlarını bildirib. Ante Çoriç peşəkar futbolçu karyerasına 2014-cü ildə "Dinamo"da başlayıb. O, klubda 89 oyuna 15 qol vurub. Çoriç 2016-cı ildən dəvət aldığı Xorvatiya yığmasında 3 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right