"Qarabağ"ın rəqibi hücumçusunu icarəyə verir

"Ayntraxt"ın hücumçusu Elye Vahi ölkəsinə qayıdacaq.

Newsport.az xəbər verir ki, "Nitsa" fransalı forvardın keçidini həll edib. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. 22 yaşlı futbolçu mövsümün ikinci yarısını icarə əsasında "Nitsa"da keçirəcək.

Elye Vahi bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun 2026-ci ilin 21 yanvar tarixində Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right