“Qarabağ”ın rəqibi tələsmir

“Liverpul” “Kristal Pelas”ın müdafiəçisi Mark Quehi ilə maraqlanan əsas klublardan biri olaraq qalır.

“Qartallar”ın kapitanının müqaviləsinin müddətinin bitməsinə cəmi 6 ay qalıb və bu səbəbdən yanvarda onu daha ucuz qiymətə transfer etmək mümkün ola bilər.

Newsport.az “Mail Sport”-a istinadən xəbər verir ki, “qırmızılar”ın rəhbərliyi futbolçunu qışda almaqdansa, yay transfer pəncərəsinə qədər gözləməyə üstünlük verir və onu azad agent statusunda heyətinə qatmağı planlaşdırır.

Bu mövqeni 25 yaşlı müdafiəçinin özü də bölüşür. O, mövsümün sonuna qədər “Kristal Pelas”da qalmaq niyyətindədir və qış fasiləsində klubunu dəyişmək istəmir.

İngiltərəli futbolçuya maraq göstərən klublar arasında “Bayern”, “Barselona”, “Real”, “Mançester Yunayted” və Avropanın digər top-klubları da yer alır.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right