“Real”ın baş məşqçisi Xabi Alonso “Mançester Siti”yə 1:2 hesablı məğlubiyyətdən sonra klubdakı gələcəyi barədə yayılan söz-söhbətlərə münasibət bildirib.
Newsport.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis növbəti oyuna hazırlaşdığını deyib:
“Mənim gələcəyim? Bu, mənim ixtiyarımdan asılı deyil. Mən növbəti oyuna – “Alaves”lə qarşılaşmaya hazırlaşıram”.
“Real” son iki ev matçında uduzub: əvvəlcə La Liqada “Selta”ya 0:2 hesabı ilə uduzan komanda dünən Çempionlar Liqasında “Mançester Siti”yə məğlub olub.