Fransa Liqa 1: “Loryan”la “Anje”yə bir qol bəs etdi

Fransa Liqa 1-də 15-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.

“Nitsa” evdə “Anje”yə uduzub. “Oser” “Mets”i, “Loryan” isə Lion “Olimpik”ini xalsız yola salıb.

Hazırda 34 xala malik “Lans” vahid liderdir. PSJ 33 xalla ikinci pillədə qərarlaşıb. Marsel “Olimpik”i ilə “Lill” 29, Lion “Olimpik”i ilə “Renn” 24, “Monako” 23 xal toplayıb.

Fransa Liqa 1
15-ci tur
5 dekabr

Brest – Monako 1:0
Qol: K.Dumbiya, 28.

Lill – Olimpik (Marsel) 1:0
Qol: E.Mbappe, 10.

6 dekabr

Nant – Lans 1:2
Qollar: El Arabi, 38 – Toven, 34. Said, 81.

Tuluza – Strasburq 1:0
Qol: Emersonn, 18.

PSJ – Renn 5:0
Qollar: Kvaratsxeliya, 28; 67. Mayulu, 39. Mbaye, 88. Q.Ramos, 90+1.

7 dekabr

Nitsa – Anje 0:1
Qol: Belxdim, 33.

Oser – Mets 3:1
Qollar: Sinayoko, 36-pen. El Azzuzi, 39. Danua, 89 – Heyn, 45+1.

Havr – Paris 0:0

Loryan – Olimpik (Lion) 1:0
Qol: Pagis, 39.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right