Millinin baş məşqçisindən Semenyoya məsləhət

Qana millisinin baş məşqçisi Otto Addo “Bornmut”un yarımmüdafiəçisi Antuan Semenyoya karyerası ilə bağlı məsləhət verib.

Newsport.az “The Athletic”-ə istinadən xəbər verir ki, qanalı mütəxəssis, 25 yaşlı futbolçu Premyer Liqada özünü yaxşı göstərsə də, artıq daha yüksək səviyyəyə keçidin vaxtı olduğunu hesab edir:

“Semenyo “Bornmut”da özünü əla göstərdi, amma artıq karyerasında növbəti addımı atmağın zamanı gəlib. Onun ən yüksək səviyyədə nələr edə biləcəyini görmək üçün səbirsizlənirəm”.

Qanalı vingerin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununda başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right