"Barselona"nın futbolçusu sıradan çıxdı, ÇL matçını buraxacaq

“Barselona” Daniel Olmonun zədə ilə bağlı hansı müddətə sıradan çıxdığını açıqlayıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan futbolçunun çiyni çıxdığı səbəbindən təxminən üç həftə oynaya bilməyəcək. Olmo İspaniya La Liqasının 19-cu turunda "Atletiko”ya(Madrid) qarşı (3:1) matçında zədələnib və 66-cı dəqiqədə əvəzlənib.

O, həmin görüşdə qələbə qolunu vurmağa çalışarkən çiynindən zədələnib. İspaniyalı zərbədən sonra yöndəmsiz yerə yıxılıb və oyunu davam etdirə bilməyib. Olmo, çox güman ki, La Liqada "Betis", Çempionlar Liqasında isə "Ayntraxt"a(Frankfurt) qarşı matçını buraxacaq. Bu mövsüm Olmo bütün turnirlərdə "Barselona"da 17 oyun keçirib, dörd qol vurub və iki məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right