“Yuventus” Kənan Yıldız yeni müqavilə təklif etməyə hazırlaşır. Turinlilər türkiyəli yarımmüdafiəçinin maaşın 3 dəfə artırmaqla onu heyətində saxlamağa çalışır.
Newsport.az xəbər verir ki, Kənan hazırda ilə 1,7 milyon avro qazanır. İtaliya klubu bu məbləği 5-6 milyonadək artırmaq niyyətindədir. Bir çox Avropa klubunun heyətinə qatmaq istədiyi 20 yaşlı oyunçunu yalnız bu halda heyətdə saxlamaq mümkündür.
Turin klubunun yetirməsi ilə 2029-cu ilin yayınadək müqaviləsi var. Kənan yeni təklifi qəbul etsə, bu müddət daha iki il uzadılacaq.