"Trabzonspor"un kapitanı zədələndi uzun müddət oynamayacaq

Türkiyənin "Trabzonspor" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, Qara Dəniz təmsilçisinin kapitanı Edin Visça sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bosniya və Herseqovina millisinin üzvü Super Liqanın 13-cü turunun "Başakşehir"lə matçında sıradan çıxıb. Visçanın cəzası ciddidir. Ayaq biləyində sınıqq aşkarlanan 35 yaşlı oyunçu 5-6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Edin Visça bu mövsüm "Trabzonspor"un heyətində 9 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right