İngiltərə klubu “Real”ın qapıçısı ilə maraqlanır

“Real”ın qapıçısı Andrey Lunin karyerasını Premyer Liqada davam etdirə bilər.

Newsport.az “Defensa Central”-a istinadən xəbər verir ki, 26 yaşlı qolkiperlə “Tottenhem” ciddi şəkildə maraqlanır.

London klubu Luninin keçidini qış transfer pəncərəsində reallaşdırmaq niyyətindədir. Potensial alışın dəyəri 12–15 milyon avro aralığında qiymətləndirilir.

Ukraynalı futbolçu “Real”a 2018-ci ilin yayında transfer olunub. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2029/30 mövsümünün sonuna kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right