İspaniya İtaliyanın rekordunu təkrarladı

İspaniya millisi ötən gecə İtaliyanın dünya rekodunu təkrarlayıb.

Sözügedən komanda DÇ-2026-nın 6-cı turu çərçivəsində evdə Türkiyə ilə heç-heçə edib. Nəticədə komanda məğlubiyyətsiz oyunlar seriyasını 31 matça çatdırıb. Bununla da İspaniya millisi İtaliyanın rekordunu təkrarlayıb.

İspaniya 2023-cü ildən etibarən uduzmur. İtaliya isə 2018-2021-ci illərdə eyni göstəriciyə malik olub.

İspaniya son dəfə 2023-cü ilin martında Avro-2024-ün seçmə mərhələsində Şotlandiya ilə görüşdə məğlub olub. Oyun 0:2 hesabı ilə başa çatıb. Bu müddət ərzində İspaniya millisi 2023-cü il Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right