“Mançester Yunayted” kamerunlu futbolçunu almağa çalışacaq

“Mançester Yunayted” gələn ilin yayında “Brayton”un yarımmüdafiəçisi Karlos Balebanın transferini həyata keçirməyə çalışacaq.

Kamerunlu futbolçu uzun müddətdir “qırmızı şeytanlar”ın hədəfindədir. Ancaq “Brayton” onu satmaq fikrində deyil və buna görə də çox yüksək məbləğ tələb edir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” Balebanı 2026-cı ilin yay transfer pəncərəsi üçün əsas prioritet hədəf kimi müəyyənləşdirib.

21 yaşlı futbolçunun özü də Premyer Liqanın top-klubuna keçidə maraq göstərir.

Balebanın “Brayton”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right