Yankoviç Xorvatiyaya qarşı oynadı

DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. 

Newsport.az xəbər verir ki, L qrupunda yer alan Monteneqro millisi öz meydanında Xorvatiyanı qəbul edib. 

“Qarabağ”dan Monteneqro yığmasına dəvət alan Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan yarımmüdafiəçi görüşü əvəzolunmadan keçirib. 

Görüş Monteneqro yığmasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

8 oyundan sonra 9 xalı olan Monteneqro millisi qrupu dördüncü pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right