Messi Ronaldonun rekordunu təkrarladı

"İnter Mayami"nin futbolçusu Lionel Messi Argentina millisinin Anqola ilə keçirdiyi son yoldaşlıq matçında qol vurub.

Newsport.az xəbər verir ki, 38 yaşlı kapitan görüşün 82-ci dəqiqəsində hesabı 2:0-a çatdırıb.

Belədə, Messi karyerasında 11-ci dəfə bir təqvim ili ərzində 45 və ya daha çox qol vuran ikinci futbolçu olub.

Bu göstəriciyə ilk çatmış oyunçu isə Kriştiano Ronaldo idi.

Argentina millisinin kapitanı 2005-ci ildə debüt etdiyi vaxtdan yığmada 196 matçda 115 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right