"Barselona" "Liverpul"a 50 milyon avro təklif edəcək

"Barselona" "Liverpul"un yarımmüdafiəəçisi Rayan Qravenberxi transfer etmək istəyir.

Newsport.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

İspaniya çempionu niderlandlı futbolçunu yanvar ayından heyətinə qatmağı planlaşdırır. "Barselona" 23 yaşlı dayaq yarımmüdafiəçisi üçün Mersisayd təmsilçisinə 50 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Rayan Qravenberx bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 12 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right