Bu gün UEFA Konfrans Liqasında Liqa mərhələsində III turun oyunları start götürəcək. Turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.
Qarşılaşmaların yarısı Bakı vaxtı ilə saat 21:45-də, qalanı isə 00.00-da başlayacaq.
Türkiyənin yarışdakı yeganə təmsilçisi “Samsunspor” doğma meydanda Maltanın “Hamrun” komandasını qəbul edəcək. “Samsunspor” ilk iki oyununda qələbə qazanmaqla yanaşı, top da buraxmayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Maltalılar isə əksinə, nə xal qazana, nə də qol vura bilib.
UEFA Konfrans Liqası
Liqa mərhələsi, III tur
21.45. Samsunspor (Türkiyə) – Hamrun (Malta)
21.45. Şaxtyor (Ukrayna) – Breydablik (İslandiya)
21.45. Maynts (Almaniya) – Fiorentina (İtaliya)
21.45. Sparta (Çexiya) – Rakuv (Polşa)
21.45. AEK (Yunanıstan) – Şemrok Rovers (İrlandiya)
21.45. AEK (Kipr) – Aberdn (Şotlandiya)
21.45. Noah (Ermənistan) – Siqma (Çexiya)
21.45. KuPS (Finlandiya) – Slovan (Slovakiya)
21.45. Çelye (Sloveniya) – Legiya (Polşa)
00.00. Kristal Pelas (İngiltərə) – Alkmaar (Niderland)
00.00. Dinamo (Kiyev, Ukrayna) – Jrinski (Bosniya və Herseqovina)
00.00. Haken (İsveç) – Strasburq (Fransa)
00.00. Lozanna (İsveçrə) – Omoniya (Kipr)
00.00. Şkendiya (Şimali Makedoniya) – Yagelloniya (Polşa)
00.00. Linkoln (Cəbəllütariq) – Rieka (Xorvatiya)
00.00. Rayo Valyekano (İspaniya) – Lex (Polşa)
00.00. Şelburn (İrlandiya) – Drita (Kosovo)
00.00. Rapid (Avstriya) – Universitatya (Rumıniya)