“Belə ağrılar yaxşı əlamət deyil”

“Arsenal” bu gün Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Slaviya” ilə matça itki ilə çıxacaq. Bu barədə londonluların baş məşqçisi Mikel Arteta məlumat verib.

İngiltərə klubunun hücumçusu Viktor Dyökereş Çexiyadakı görüşdə komandasına kömək edə bilməyəcək. 27 yaşlı forvard Premyer Liqanın “Bernli” ilə son oyununda ( 2:0 ) əzələ narahatlığı hiss edib və fasilədə əvəzlənib.

Arteta isə məsələ ilə bağlı bunları deyib: “Viktorun meydana çıxa bilməyəcəyi dəqiqdir. O, bu gün məşq etməyib. Zədənin dərəcəsini anlamaq üçün daha bir neçə testdən keçməlidir. Mən narahatam, çünki Viktorun əvvəllər əzələlərində ciddi problem olmayıb. Amma bu dəfə o, ciddi ağrı hiss etdi. Belə ağrılar heç vaxt yaxşı əlamət deyil”.

Qeyd edək ki, “Slaviya” – “Arsenal” oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right