"Barselona" "Kamp Nou"ya qayıdır

"Barselona" yenidənqurma işləri aparılan "Kamp Nou"ya qayıdır.

Newsport.az xəbər verir ki, İspaniya çempionu noyabrın 7-də doğma meydanında məşqə çıxacaq.

Hazırlıq prosesi azarkeşlər üçün açıq olacaq. Arenaya 23 min tamaşaçı buraxılacaq. Məşqi izləmək istəyənlər üçün biletlərin qiyməti 5-10 avro arasında dəyişəcək.

Qeyd edək ki, "Kamp Nou" 2023-cü ildə təmirə bağlanmışdı. "Barselona" bu müddət ərzində ev oyunlarını Lyuis Kompanis adına Olimpiya Stadionunda keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right