"Çelsi"nin istədiyi müdaffiəçi "Barselona"da qalacaq

"Tottenhem" və "Çelsi"nin transfer siyahısında yer alan Erik Qarsiya "Barselona"da qalacaq.

Newspot.az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.

İspaniya millisinin üzvü Kataloniya təmsilçisinin yeni müqavilə təklifini qəbul edib. 24 yaşlı mərkəz müdafiəçisi ilə tezliklə rəsmi sözləşmə imzalanacaq.

Qeyd edək ki, Erik Qarsiya bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 13 oyunda 1 qol vurub. Onun klubla hazırkı müqaviləsi mövsümün sonunda başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right