“Yuventus” qələbəsiz seriyasına son qoyub. Bu həftənin əvvəlində İqor Tudorun istefasını elan edən Turin klubu bu gün Seriya A-nın 9-cu turunda “Udineze”ni 3:1 hesabı ilə məğlub edib.
Newsport.az xəbər verir ki, əvvəlki səkkiz oyunda Turin klubu 3 dəfə ardıcıl məğlub olmuş və beş dəfə ardıcıl heç-heçə etmişdi. Sonuncu qələbə 13 sentyabrda qeydə alınmışdı.
Qeyd edək ki, "Yuventus" turnir cədvəlində 15 xalla 7-ci pillədə qərarlaşıb.