Ərdoğan Bakıda dünya çempionu olan idmançıya zəng etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Aerobika Gimnastikası üzrə XVI Dünya Çempionatında qızıl medal qazanaraq, dünya çempionu olmuş Türkiyə gimnastı Ayşe Onbaşıya zəng edib.

Newsport.az Azərbaycan Gimnastika Federasiyasının "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, dövlət başçısı qadın gimnastların fərdi proqramında qızıl medal qazanan Onbaşı ilə danışaraq onu təbrik edib.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə təşkil edilən Aerobika Gimnastikası üzrə 16-cı Dünya Çempionatına qatılan Ayşe Onbaşı qadın gimnastların fərdi proqramında 21.850  xal toplayaraq qızıl medal sahibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right