Rusiyada medalsız qaldılar

Rusiyanın paytaxtı Moskvada şahmat üzrə keçirilən ənənəvi “Aeroflot Open”ə yekun vurulub. 

Newsport.az-ın məlumatına görə, yarışa 2 qrossmeysterlə qatılan Azərbaycan millisi vətənə medalsız qayıdıb.

Təmsilçilərimizdən ən yaxşı nəticəni Rauf Məmmədov (2658) qazanıb. 9 turdan 5 xal toplayan həmyerlimiz 19-cu yeri tutub.

Aktivində Məmmədovla eyni xal olan Şəhriyar Məmmədyarov isə əlavə göstəricilərə görə 31-ci pillədə qərarlaşıb.

22 ölkədən 72 zəka sahibinin mübarizə aparacağı yarışın qalibi adını Yan Nepomnyaşi (Rusiya) qazanıb. O, 7 xalla çempionluğu bayram edib. Daniel Dubov (7 xal) ikinci, İvan Bukavşin (hər ikisi Rusiya, 6,5) üçüncü olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right