“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandasının hücumçusu Xulian Alvaresin “Barselona” ilə matçdakı (1:2) çıxışını dəyərləndirib.
Argentinalı hücumçu qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb. Bununla belə, bir neçə real qol imkanından yararlana bilməyib. Oyundan sonra jurnalistlər Simeonedən Alvaresin özünəinam problemi yaşayıb-yaşamadığını soruşublar.
Newsport.az “Atletico Universe”-yə istinadən xəbər verir ki, argentinalı mütəxəssis Alvaresin əla futbolçu olduğunu bildirib:
“Alvares əla futbolçudur. Biz onu sevirik və ona ehtiyacımız var. İstəyirik ki, o, ən yaxşı formasına qayıtsın və bunun üzərində çalışırıq. Komandamızın yaratdığı beş real qol imkanının üçündə, yaxud dördündə onun iştirakı olub. Çatışmayan yeganə şey ona yeni səviyyəyə yüksəlməyə kömək edəcək qol idi. Amma o, mütləq qol vuracaq.
Onun fikirlərini oxuya bilmərəm ki, problemin özünəinam çatışmazlığı ilə bağlı olub-olmadığını deyim. Ancaq bir şeyi dəqiq bilirəm: biz ona tam güvənirik”.
“Barselona” bu matçda Fermin Lopesin dublu sayəsində qələbə qazanıb. Komanda UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.