“Qalatasaray”ın sabiq futbolçusu Cevad Prekazi dünyasını dəyişib.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə təmsilçisinin əfsanəvi oyunçusu 69 yaşında vəfat edib.
"Qalatasaray" bu haqda paylaşımında bildirib: “Unudulmaz qolları və yaşatdığı sevinclərlə bir nəsli “Qalatasaray” azarkeşinə çevirən Prekazi qəlbimizdə daim yaşayacaq. Səni unutmayacağıq”.
Cevad Prekazi 1985-1991-ci illərdə “Qalatasaray”da oynayıb, klubla, 2 dəfə Türkiyə Superliqasının, 1 dəfə ölkə kubokunun və 3 dəfə Superkubokun qalibi olub. O, karyerası ərzində “Partizan”, “Hayduk Split”, “Altay” və “Bakırköyspor” klublarında da çıxış edib.