A Seriyası: “İnter”lə “Milan”dan qələbə, Neapolda “sülh”

İtaliya A Seriyasında XI turun nəticələri bəlli olub.

Newsport.az xəbər verir ki, turun mərkəzi qarşılaşmalarından birində “İnter” (Milan) doğma divarlar arasında “Komo”nu qəbul edib. Meydan sahibləri ilk hissədə Françesko Pio Espozito və Markus Turamın dəqiq zərbələri ilə 2:0 hesablı qələbə qazanıblar.

“Milan” səfərdə “Cenoa”nın qonağı olub və gərgin mübarizədə 2:1 hesablı zəfərə sevinib. “Napoli” və “Latsio” qarşılaşmasında isə qalib müəyyənləşməyib (1:1).

Qeydə alınan nəticələr:

İtaliya A Seriyası

XI tur

Napoli – Latsio 1:1

Qollar: Davide Frattesi, 28 – Alfonso Pedraza, 48 (avtoqol)

Cenoa – Milan 1:2

Qollar: Mikael Ellertsson, 88 – Alfaco Sisse, 13, Kristian Pulişiç, 19

Montsa – Atalanta 0:1

Qol: Nikola Krstoviç, 49

İnter (Milan) – Komo 2:0

Qollar: Françesko Pio Espozito, 12, Markus Turam, 19

Fiorentina – Yuventus 2:2

Qollar: Mateo Pelleqrino, 4, Alieu Nyi, 54 – Nik Voltemade, 32, Qleyson Bremer, 66





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right