Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə yarışlar başa çatıb.
Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Elgün Kərimli və Tunar Quliyev qızıl medal qazanıblar.
Tunar Quliyev 70 kq, Elgün Kərimli isə 90 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl cüdoçumuz İbrahim Talıbov (55 kq) da Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.