Azərbaycanın iki şahmatçısı Avropa çempionatında liderdir

Yunanıstanın Krit adasının Hersonissos şəhərində 8-18 yaşadək şahmatçılar arasında keçirilən yeniyetmələrin Avropa çempionatında 5-ci tur başa çatıb.

Newsport.az xəbər verir ki, 18 yaşadək qızların mübarizəsində Azərbaycan təmsilçisi Nərmin Abdinova 5 oyundan maksimum nəticə – 5 xalla turnir cədvəlinə başçılıq edir. O, ən yaxın izləyicisini 1 xal qabaqlayır.

18 yaşadək oğlanların mübarizəsində isə Tunar Davudov liderdir.

16 yaşadək oğlanların mübarizəsində Paşam Əlizadə 2-ci yerdə qərarlaşıb. Səfa Hümmətov (U-14), Nurtən Nuriyeva (G18) və Şəmsi Qaraxanov (U-14) ilk 10-luqda qərarlaşmaqla medal şanslarını saxlayırlar.

Bu gün turnirdə istirahət günüdür.

Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right