“Komo” rəsmisindən 66 milyon avroluq transfer haqda açıqlama

“Komо” klubunun idman direktoru Karlalberto Ludi komandanın yarımmüdafiəçisi Nikolas Pasın mümkün gedişi ilə bağlı danışıb.

Newsport.az xəbər verir ki, klub rəsmisi “Radio Radio”-ya açıqlamasında ötən yay Pas üçün sərfəli bir anlaşma əldə etdiklərini bildirib:

“Jurnalistlər daim “Real”ın Pası geri qaytarmaq istədiyini yazırlar. Bu il Jakobo Ramonun (“Komo”nun müdafiəçisi) adı da hallanmağa başlayıb. Amma həqiqət budur ki, ötən yay sərfəli bir anlaşma əldə etdik. Bəli, “Real”ın futbolçunu geri almaq hüququ var. Ancaq transfer reallaşsa belə, əldə edəcəyimiz vəsait “Komo”nun mövqeyini daha da gücləndirəcək”.

“Komo” ötən yay 22 yaşlı Pası “Real”dan 66 milyon avroya transfer edib. Argentinalı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right