“Karyeramın sonuna qədər “Barselona”da qalmaq istərdim” Rafinya

“Barselona”nın futbolçusu Rafinya açıqlama verib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu karyerasını bitirmək istədiyi klubu söyləyib:

“Özümü burada xoşbəxt hiss edirəm. Durumumdan məmnunam və işlər istədiyim kimidir. Hər şey qaydasında getsə, karyeramın sonuna qədər “Barselona”da qalmaq istərdim”.

Rafinya 2023-cü ildən Kataloniya təmsilçisində çıxış edir. O, bu mövsüm La Liqada 10 oyunda 15 qol vurub.

29 yaşlı futbolçunun klubla müqaviləsi 2030-cu ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right