Kurban Berdıyev “Qarabağ”la oyun haqda: “Çox şeydən keçməli olduq”

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 11-ci turunda “Qarabağ”ın qonağı olub.

Newsport.az xəbər verir ki, oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib. Berdıyev 1:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:

“Qələbəyə görə çox şadıq. Amma çox şeydən keçməli olduq. “Qarabağ” çox güclü komandadır. Müdafiədə çox əziyyət çəkdik.

Hər bir oyun xüsusi hazırlıqdır. Mən daha çox uşaqlara görə sevinirəm, özlərinə inandılar ki, liderlərə qarşı oynamaq olar.

Faiq Hacıyev də digər oyunçular kimi komandamızın üzvüdür. Çox yaxşı məşq edir və şansını gözləyir. Onun mövqeyində Enrike Silva çıxış edir, hansı ki, o da çox güclüdür”.

“Turan Tovuz” növbəti turda “Şamaxı”nın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right