"Araz-Naxçıvan" Misli Premyer Liqasının XI turunda səfərdə "Şəfa" ilə 2:2 hesablı heç-heçə edib.
Newsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Yuri Maksimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Dəyişkən oyun oldu. Zədəli futbolçularımız var idi. Qələbə qazana bilməsək də, oyundan razı qaldım. Öz səhvlərimizdən sadə qollar buraxırıq. Dəyişiklik etmək üçün az futbolçumuz var idi. Çempionatda iki həftəlik fasilə olacaq. Zədəli futbolçular fasilədə bərpa olunub komandaya qoşulacaqlar. Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Ukraynada da hazırda müharibə gedir. Ona görə də bu vəziyyəti başa düşürük.
- Komanda ilk dövrəni qələbəsiz başa vurdu. İki həftəlik fasilədə nələri dəyişməyi planlaşdırırsız?
- Dediyim kimi zədəli oyunçularımız var. "Zirə" ilə matçda da üç futbolçumuz zədələndi. İki həftəlik fasilədə onlar qayıdacaqlar. Yenə də məşqlərimizi davam etdirəcəyik.
- Növbəti turda lider "Neftçi"yə qarşı oynayacaqsız. Futbolçuları matça kökləmək çətin olmayacaq?
- Sonuncu yerdə olsaq da, hər oyuna qələbə qazanmaq üçün çıxırıq.
- Fasilədə yoxlama oyunu keçirməyi planlaşdırırsız?
- Vacib olan zədəli futbolçuların komandaya qayıtmasıdır. Onlar bizim vacib oyunçularımızdır.