Misli Premyer Liqas: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı Yenilənir

Bu gün Misli Premyer Liqasında 11-ci tura start veriləcək.

Newsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

Turun mərkəzi matçlarından biri "Azersun Arena"da olacaq. Burada "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək.  "Qarabağ" hazırda 19 xalla 3-cü, "Turan Tovuz" isə 18 xalla 4-cüdür. Komandaların turnir cədvəlindəki mövqeyi matça marağı bir qədər də artırır.

Günün ikinci oyununda isə lider "Neftçi" əzəli rəqiblərindən olan və 5-ci pillədə qərarlaşan "Kəpəz"i qəbul edəcək.

Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının noyabrın 6-8-də keçiriləcək 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib. 

6 noyabr (cümə)

18:00.“Qarabağ” – “Turan Tovuz”
Hakimlər:
Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli
VAR: Tural Qurbanov 
AVAR: Tərlan Talıbzadə
“Azersun Arena"

20:00.“Neftçi” – “Kəpəz” 
Hakimlər:
Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov
VAR: Əli Əliyev 
AVAR: Zöhrab Abbasov
“Palms Sports Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right