Emeriyə yeni müqavilə təklif olunub

“Aston Villa” rəhbərliyi komandanın baş məşqçisi Unay Emeriyə yeni müqavilə təklif edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Birmingem təmsilçisi 55 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirmək niyyətindədir. Hazırkı müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonunadək qüvvədə olan Emeri 2022-ci ilin noyabrından komandanı çalışdırır.

“Aston Villa” sonuncu matçını UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda, səfərdə “Barselona”ya qarşı keçirib. Emerinin yetirmələri “Kamp Nou”da 0:3 hesabı ilə məğlub olublar.

Komanda növbəti oyununu İngiltərə Premyer Liqası çərçivəsində, noyabrın 8-də “Mançester Yunayted”ə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right