“Fənərbaxça” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda dünən evdə “Liverpul”u 3:2 hesabı ilə məğlub edib.
İstanbul təmsilçisinin baş məşqçisi Dirk Kuyt qələbədən sonra fikirlərini bölüşüb.
Newsport.az “Fanatik”-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis futbolçu karyerası ərzində çıxış etdiyi “Liverpul”un geridönüşünü nümunə göstərərək, oyunçularını möcüzə yaratmağa səslədiyini bildirib:
“Bu matçın başlığı “İstanbul möcüzəsi”dir. “Liverpul”da çıxış etdiyim vaxt vacib bir qaydanı öyrənmişdim – heç vaxt təslim olma. Komandanın inamı varsa, istənilən rəqibə qalib gələ bilər. Bu matçdan əvvəl futbolçulara “Liverpul”un Çempionlar Liqasının finalında “Milan”a qarşı geridönüşünü xatırlatdım. Həmin vaxt çoxu ingilislərin qələbəsinə inanmırdı. Oyunçulara dedim ki, biz də möcüzə yaratmalıyıq”.
“Fənərbaxça” Çempionlar Liqasının növbəti turunda, noyabrın 25-də “Şaxtyor”la qarşılaşacaq.