ÇL: “Sabah”ın kapitanı ən çox qurtarış edən ikinci qapıçıdır

“Sabah”ın kapitanı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən ikinci qapıçıdır.

Newsport.az xəbər verir ki, 33 yaşlı qolkiper 4 turda 22 “seyv”lə yadda qalıb.

“Bayquşlar”ın kapitanı bu göstəricidə yalnız Belçikanın “Brügge” komandasının üzvü Yann Zommerdən (27) geri qalır.

“Sabah” ötən gün turnirin liqa mərhələsinin 4-cü turunda Norveçin “Vikinq” komandasına uduzub – 1:4.

Daha əvvəl “Mançester Yunayted” (0:4) və Almaniyanın “Borussiya” (Dortmund) klublarına məğlub olan Azərbaycan çempionu Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə üstələyib.

“Sabah” növbəti oyununu noyabrın 25-də Bakı Olimpiya Stadionunda “Barselona”ya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right