Botheym: “Sabah”a qarşı oynamaq çətin idi”

Norveçin “Vikinq” komandasının futbolçusu Erik Botheym Çempionlar Liqasında “Sabah”a qalib gəldikləri oyunu şərh edib.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşdə dubl edən hücumçu 4:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Fantastik oyun oldu. Çox güclü komandaya qalib gəldik. “Sabah”a qarşı oynamaq çətin idi. Onların hücumda keyfiyyətli futbolçuları var və təhlükəli əks-hücumlar yarada bilirlər. Meydanda sonra qədər mübarizə apardıq və şanslarımızı maksimum dəyərləndirdik”.

Təmsilçimiz 4 turdan sonra 3 xalla turnir cədvəlində 36 komanda arasında 31-ci sıradadır. “Vikinq” isə 4 xalla 22-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right