Əvəzedicilər liqasında IX tura start verilib.
Newsport.az xəbər verir ki, turnirin lideri olan “Qəbələ-2” ilk oyun günündə meydana çıxıb. Komanda səfərdə “Araz-Naxçıvan-2” ilə qarşılaşıb.
Matç Binə qəsəbə stadionunda baş tutub. Cari mövsümdə bütün səfər oyunlarında qalib gələn “Qəbələ-2” seriyasını davam etdirib. "Qırmızı-qaralar" ilk yarının ortalarında 11 dəqiqəyə 4 qol vurub. Ömər Kərimov, Qədir Ramazanov, Daniel Eşimoxay və Cuma Hüseynov meydan sahiblərinin qapısına yol tapıb.
Fasilədən sonra komandalar hərəyə 3 qol vurub. "Qəbələ"nin heyətində Hüseyn Xasməmmədli, Qədir Ramazanov və Xəyyam Məmmədli fərqlənib. Böyükhesablı qələbə qazanan “Qəbələ-2” mövsümdə ardıcıl 5-ci dəfə rəqib meydanından 3 xalla ayrılıb – 7:3. 9 oyunda 25 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
“Araz-Naxçıvan-2” – “Qəbələ-2” – 3:7
Qollar: Cavid Paşa, 66, Turan Fətullayev, 76, Nihat Mehralıyev, 89 // Ömər Kərimov, 22, Qədir Ramazanov, 27, 52, Daniel Eşimoxay, 29, Cuma Hüseynov, 32, Hüseyn Xasməmmədli, 47, Xəyyam Məmmədli, 71