“Qarabağ” akademiyasının nümayəndələri “Dinamo Zaqreb”də görüş keçirib

“Qarabağ” Futbol Akademiyasının nümayəndələri Xorvatiyanın Zaqreb şəhərinə səfər çərçivəsində yerli “Dinamo Zaqreb” klubunun rəsmiləri ilə görüşüblər.

Newsport.az xəbər verir ki, akademiyanın koordinatoru Aftandil Hacıyev və koordinator köməkçisi İlkin Hüseynov klubun akademiya direktoru Albert Kapellas və idman koordinatoru Qoran Vlaoviçlə bir araya gəliblər.

Görüş zamanı Albert Kapellasın zəngin məşqçilik təcrübəsi, “Dinamo Zaqreb”də formalaşdırılmış futbol mühiti və klubun iş prinsipləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin bu təcrübələrin gələcəkdə “Qarabağ” Futbol Akademiyasının fəaliyyətində tətbiqi imkanları müzakirə olunub.

Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi Murad İsmayılov da səfər çərçivəsində Azərbaycan millisinə dəvət alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right