AFFA İntizam Komitəsinin iclası keçirilib.
Newsport.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 8-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qəbələ-2”– “Sabah-2” oyununda “Qəbələ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ-2” komandası 70 manat cərimə edilib.
“Turan Tovuz-2”– “İmişli-2” oyununda “İmişli-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli-2” komandası 70 manat cərimə edilib.