“Yuventus” A Seriyasının 10-cu turunda “Napoli”ni 2:0 hesabı ilə məğlub edib.
Newsport.az xəbər verir ki, bu nəticə “Yuventus”un baş məşqçisi Luçano Spaletti ilə “Napoli”nin çalışdırıcısı Massimiliano Alleqri arasındakı qarşılaşmaların statistikasında da diqqətçəkən məqamla yadda qalıb.
Belə ki, mütəxəssislər indiyədək 17 dəfə rəqib olublar. Bu görüşlərin 7-də Spalettinin komandası qələbə qazanıb, 5 qarşılaşmada Alleqri üstün olub. Daha 5 oyun isə heç-heçə ilə başa çatıb.
Maraqlıdır ki, Alleqri rəqibini sonuncu dəfə 2018-ci ilin dekabrında məğlub edə bilib. Həmin vaxt onun rəhbərlik etdiyi “Yuventus” Spalettinin çalışdırdığı “İnter”dən güclü olub. O vaxtdan bəri komandalar 7 dəfə üz-üzə gəlib. Bu matçların 4-də Spalettinin rəhbərlik etdiyi kollektiv qalib gəlib, 3 görüşdə isə tərəflər heç-heçə ediblər. Beləliklə, Alleqrinin Spaletti üzərində qələbə həsrəti 8 ilə yaxınlaşıb.