“Arsenal” son 14 ildə ilk dəfə İngiltərə Premyer Liqasında səfərdə “Liverpul”u məğlub edib.
Newsport.az xəbər verir ki, Mikel Artetanın rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasının 9-cu turunda mersisaydlılara 1:0 hesabı ilə qalib gəlib.
Bu, “topçular”ın 2012-ci ildən bəri Premyer Liqa çərçivəsində “Enfild” stadionunda qazandığı ilk qələbədir.
“Arsenal” sonuncu dəfə 2012-ci il sentyabrın 2-də Lukas Podolski və Santi Kasorlanın qolları sayəsində “Liverpul”u 2:0 hesabı ilə məğlub etmişdi.