“Sabah”ın rəqibində ciddi itki

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bröyne İtaliya A Seriyasının 10-cu turunda “Yuventus”la səfər matçında zədələnib. O, qarşılaşmanın ilk hissəsindən sonra əvəzlənib.

Newsport.az xəbər verir ki, tibbi müayinə zamanı belçikalı futbolçuda bağların dartılması aşkarlanıb.

De Bröyne yaxın vaxtlarda əlavə müayinədən keçəcək. Bundan sonra onun yaşıl meydanlara qayıdış müddəti dəqiqləşəcək.

“Napoli” sözügedən qarşılaşmada “Yuventus”a 0:2 hesabı ilə məğlub olub.

De Bruyne bu mövsüm A Seriyasında 10 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun komandası UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda, yanvarın 20-də Azərbaycan çempionu “Sabah”ın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right