“Fənərbaxça”nın yeni baş məşqçisi İstanbula dəvət olundu

Türkiyənin “Fənərbaxça” klubunda baş məşqçi postuna yeni namizəd müəyyənləşib. Newsport.az saytının “HT Spor”a istinadən məlumatına görə, İstanbul təmsilçisi portuqaliyalı mütəxəssis Serjio Konseysaonun namizədliyi üzərində tam razılıq əldə edib.

52 yaşlı təcrübəli məşqçi artıq İstanbula dəvət olunub və onun tezliklə Türkiyəyə gələcəyi bildirilir. Bununla belə, klub tərəfindən təyinatla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, “sarı-lacivertli”lərdə baş məşqçi axtarışı İsmayıl Kartalın istefasından sonra başlayıb. 2026-cı ilin iyununda dördüncü dəfə komandanın sükanı arxasına keçən Kartal, “Qalatasaray”a 1:2 hesablı məğlubiyyətdən sonra postunu tərk edib. Həmin nəticədən sonra “Fənərbaxça” turnir cədvəlində 5-ci pilləyə geriləyib və liderdən 6 xal geri qalır.

Qeyd edək ki, Konseysao son olaraq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunu çalışdırıb. O, daha əvvəl “Portu” və “Milan” kimi nəhəng klublarda da iş təcrübəsinə sahibdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right